2022-ci ilin I rübündə bəyan edilmiş Azərbaycan qazının ixrac həcmi 5 milyard 686 milyon 818,66 min kubmetr təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 7,8% azdır.
"Fins.az"xəbər verir ki, Dövlət Gömrük Komitəsindən (DGK) bu barədə məlumat yayımlayıb.
Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 2021-ci ilin yanvar-mart aylarında 20,95%olduğu halda bu ilin 43,4%-i qaz ixracının payına düşüb.
Azərbaycan qazının ixrac dəyəri 3 milyard 463 milyon 858,64 min dollar təşkil edib.