Siyasət

15 Aprel

Ermənistan Rusiya qazının pulunu rublla ödəməyə keçib

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan ölkəsinin Rusiyadan aldığı qazın pulunu rublla ödəməyə başladığını bəyan edib. O, Ermənistanın məhz nə vaxt rus valyutası ilə ödənişə keçdiyini açıqlamayıb.

"Fins.az" xəbər verir ki, Kerobyan RBC-yə bildirib ki, qiymətlər dollarla aparılır, lakin ödəniş rublla həyata keçirilir. "Mən bildiyimə görə, son bir neçə ödəniş rublla olub, lakin müvafiq məzənnə ilə" deyə o əlavə edib. 

“Qazprom”un nümayəndəsi Sergey Kupriyanov təsdiqləyib ki, Ermənistanla müqavilə “artıq bir neçə ildir ki, qazın rublla ödənilməsinə imkan verir və bu imkandan istifadə olunur”.

Qeyd edək ki müqaviləyə əsasən, Ermənistan 1000 kubmetr qazı 165 dollardan alır.