Siyasət

13 Aprel

 Azərbaycan martda "OPEC+" öhdəliyini 116% yerinə yetirib

Bu ilin martında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 696,4 min barel olub.

Energetika Nazirliyindən "Fins.az" a verilən məlumata görə, hasil edilə maye karbohidrogenlərin bunun 579,4 min barelini xam neft, 117 min barelini isə kondensat təşkil edib.

Beləliklə, Azərbaycan martda "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) öhdəliyini 116% yerinə yetirib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 25-ci iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin mart ayında daha 7 min barrel artırılaraq 675 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 43 min barrel həcmində olması nəzərdə tutulurdu.