Siyasət

12 Aprel

BP Xəzərdə üçüncü kəşfiyyat quyusunun qazılmasına başlayıb

BP şirkəti Abşeron yarımadasının dayazsulu hissəsi (Shallow Water Absheron Peninsula, SWAP) layihəsi çərşivəsində üçüncü kəşfiyyat quyusunun qazılmasına başlayıb.

“Aprelin 3-də Xəzərin Azərbaycan sektorunda Abşeron yarımadasının dayazsulu hissəsində üçüncü kəşfiyyat quyusunun qazılmasına başlanılıb. Qazma işləri “Satti” özüqalxan qazma qurğusu vasitəsilə həyata keçirilir”, - şirkətin məlumatında deyilir.

Qazma işləri müqavilə sahəsinin cənub-qərb perspektiv hissəsində aparılır.

“QBDX01 SWAP layihəsi üzrə kəşfiyyat dövrü ərzində qazılacaq sonuncu quyudur. Bu quyunun qazma əməliyyatlarıtəxminən 3 ay davam edəcək. Quyunun dərinliyi 2155 metr təşkil edəcək. QBDX01 kəşfiyyat quyusu sahildən 7 km aralı suyun dərinliyi təqribən 6 metrə çatan ərazidə qazılır”, - “BP-Azerbaijan”ın məlumatında deyilir.