2016-cı ildə yaradılmış "Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti" MMC Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyindən faydalanan bizneslərdən biridir.
"Fins.az"xəbər verir ki, müasir tipli elektrik işıqlandırma dirəklərinin və konstruksiyaların istehsalını nəzərdə tutan layihənin maliyyələşdirilməsi SİF-in güzəştli kredit vəsaiti hesabına “YapıKredi Bank Azərbaycan” QSC (Yapikredi Bank Azerbaijan CJSC) vasitəsilə həyata keçirilib.
Layihə üzrə illik 20 min ədəd elektrik işıqlandırma dirəklərinin istehsalı nəzərdə tutulub.
Layihənin icrası nəticəsində 140 yeni iş yerinin yaradılması imkanı formalaşıb