Azərbaycan və İran enerji məsələləri üzrə işçi qrup yaradacaq.
“Bu məsələ iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İran Hökumətlərarası Komissiyasının bu ilin mart ayında Bakıda keçirilən iclası çərçivəsində müzakirə edilib. İclasın sonunda tərəflər enerji məsələləri üzrə işçi qrupun yaradılması barədə razılığa gəliblər
"Fins.az" xəbər verir ki, İşçi qrup Azərbaycanın işğaldan azad olunmuş ərazilərində İran şirkətləri tərəfindən elektrik stansiyasının tikintisi və həm digər ölkələrin, həm də İranın və Azərbaycanın enerji təchizatı məqsədilə elektrik enerjisinin İran ərazisi ilə Naxçıvan Muxtar Respublikasına nəqli məsələlərini öyrənəcək.
Bundan başqa, tərəflər təkliflərin hazırlanması üçün İran elektrik enerjisinin Azərbaycan ərazisi ilə Türkiyəyə tranzitinin texniki və kommersiya cəhətdən qiymətləndirilməsi barədə razılığa gəliblər.