Siyasət

31 Mart

Qazın pulunun rublla ödənməsini istəyən Rusiya qiymətləri dəyişməyəcək

“Reuters” xəbər verir ki, dost olmayan ölkələrdən qazı rublla ödəməyi tələb edən Rusiya müqavilə qiymətlərini dəyişməyəcək.
"Fins.az"xəbər verir ki, Rusiya “dost olmayan” ölkələrə qaz ixracı üçün müqavilə qiymətini dəyişməyəcək, Reuters Rusiya mənbələrinə istinadən xəbər verir.

“Yalnız ödəniləcək valyuta dəyişəcək, müqavilədəki valyuta eyni qalacaq” deyən məlumatlı mənbə, “Məsələn, avro ilə edilən razılaşmada ödəniş rəsmi olaraq avro ilə həyata keçiriləcək"

Bildirilir ki, Qazprombank qaz alıcıları ilə Qazprom şirkəti arasında vasitəçi bank kimi çıxış edə bilər. Bildirilir ki, təklif olunan sistem variantlardan biridir və yekun qərar verilməyib.

Çərşənbə günü Rusiyanın digər ixrac məhsullarına rublla ödəmə qərarını uzada biləcəklərinə işarə edən Moskvadan bu keçidin necə olacağına dair hələ də dəqiq bir izahat yoxdur.

Rusiyanın qeyri-dost ölkələr kimi müəyyən etdiyi və sanksiyalarda iştirak edən ölkələrin rublla ödənişə necə cavab verəcəyi hələ ki, bəlli deyil.