Rusiya qazına alternativ axtaran Avropada Almaniyanın Fransa ilə İspaniya arasında yeni boru xəttini dəstəklədiyi bildirilir.
"Fins.az"xəbər verir ki, Almaniyanın İspaniyadakı səfiri Volfqanq Dold bildirib ki, Almaniya Avropanın qalıq yanacaq tədarükünü genişləndirmək üçün İspaniya və Fransa arasında təbii qaz kəmərini dəstəkləyir.
Volfqanq Dold ispan qəzetinə müsahibəsində kəmərin Əlcəzair və Mərakeşdən İspaniyaya, oradan isə bütün Avropaya qaz nəql edəcəyini və Pireney yarımadasının Rusiya qazına alternativ ola biləcəyini bildirib. Dold qeyd edib ki, İspaniya və Fransa ilə məsələ ilə bağlı danışıqlar davam edir.
Pireney yarımadası Avropanın mayeləşmiş qaz tutumunun təxminən 30 faizini təmin edir.Fransa və İspaniyanın enerji tənzimləyiciləri 2019-cu ildə MidCat təbii qaz boru kəməri layihəsini baha başa gəldiyi üçün rədd ediblər.