Rusiya prezidenti Vladimir Putin hökumətə, Mərkəzi Banka və “Qazprom”a martın 31-dək dost olmayan ölkələrə qaz tədarükü müqavilələri üzrə ödənişləri rubla köçürməyi tapşırıb.
Fins.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.
Məlumata görə, sərəncama görə baş nazir Mixail Mişustin, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina və “Qazprom”un rəhbəri Aleksey Miller məsul təyin edilib. Martın 31-də onlar hesabat təqdim etməli və aylıq bunu davam etdirməlidirlər.
Putin həmçinin hökumətə “Qazprom”un direktorlar şurasındakı Rusiya Federasiyasının nümayəndələrinə “müqavilələrlə müəyyən edilmiş tədarük həcmini, qiymətləri və qiymət prinsiplərini saxlamaqla” tədarük üçün ödənişlərin rubla köçürülməsi barədə göstərişi təsdiq etməyi tapşırıb.
O eyni zamanda hökumətə və Mərkəzi Banka qaza görə ödənişlərin rublla aparılması imkanını təmin etməklə bağlı tapşırıq verib.