Rusiyanın maliyyə naziri Anton Siluanov sanksiyalara görə 300 milyard dollara yaxın beynəlxalq ehtiyatlardan istifadə edə bilmədiklərini bildirib.
"Fins.az" xəbər verir ki, Siluanov Rusiyanın “Rossiya-1” dövlət kanalına verdiyi açıqlamada ölkəsinin ABŞ və Avropa İttifaqı tərəfindən dondurulan ehtiyatlarından danışıb.
Rusiyanın cəmi 640 milyard dollar civarında ehtiyata sahib olduğuna diqqət çəkən Siluanov, "İndi biz ehtiyatın 300 milyard dollarını istifadə edə bilmirik. Ehtiyatın bir hissəsi Çindədir və Qərb indi Çinə təzyiq edir ki, bizim bu ehtiyata çıxışımızı məhdudlaşdırsın,"-deyə qeyd edib.
Anton Siluanov bildirib ki, düşünürəm ki, qərb bazarları bağlandıqca Çin ilə əməkdaşlıq dinamik şəkildə artacaq.
Siluanov martın 10-da bildirib ki, əgər ölkəsi yenidən ehtiyatlarına çıxa bilməsə, xarici borclarını rublla ödəyəcək.