"Azəriqaz" İstehsalat Birliyi bu ilin fevral ayında Azərbaycanda 83 km uzunluğunda yeni qaz xətləri çəkib ki, bu da yanvar ayı ilə müqayisədə 6 dəfə çoxdur.
Bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.Xatırladaq ki, bu ilin yanvar ayında "Azəriqaz" tərəfindən 13,7 km yeni qaz xətləri çəkib.
R. Əliyev qeyd edib ki, fevralda çəkilən qaz xətlərinin 15 km-dən çoxu Bakı və Abşeronun, 68 km isə regionların payına düşüb.
Baş direktor onu da əlavə edib ki, fevralda İB tərəfindən respublika üzrə 5 km qaz xətləri əsaslı təmir olunub.
Martın 1-nə ölkə üzrə qazlaşma səviyyəsi 96,3% təşkil edib.