Siyasət

09 Mart

“Sumqayıt Dəmir Beton-1” ASC-nin ləğv edilməsi müzakirə ediləcək

14 aprel 2022-ci il saat 10.00-da Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 59 (keçmiş Özbəkistan küçəsi 1) nömrəli ünvanda “Sumqayıt Dəmir Beton-1” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Fins.az"xəbər verir ki, bu barədə şirkətin elanında məlumat verilir. 

Məlumata görə, yığncağın gündəlikdəliyinə “Sumqayıt Dəmir Beton-1” ASC-nin 2021-ci il üzrə maliyyə hesabatının müzakirəsi, “Sumqayıt Dəmir Beton-1” ASC-nin ləğv edilməsinin müzakirəsi daxil edilib. 

Xatırladaq ki, “Sumqayıt Dəmir Beton -1” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 185 824 manatdır.