ABŞ Ukrayna ətrafında yaranan vəziyyətlə əlaqədar Rusiyadan neft və qaz idxalına qadağa qoyub.
"Fins.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden videomüraciətində deyib.
“Bu qərarı Konqresin hər iki palatası və düşünürəm ki, bütün ölkə dəstəkləyir”, - deyə Amerika Prezidenti bildirib. Bununla yanaşı, Bayden etiraf edib ki, Rusiyaya qarşı bu cür sanksiyalar ölkədəki yanacaqdoldurma məntəqələrində qiymət artımına səbəb olacaq.