Azərbaycanın inkişaf strategiyasının əsas prioriteti rəqabətədavamlı iqtisadiyyatdır.
Fins.a-zın məlumatına görə, bunu “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilən vergi forumunda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
"Son illər Azərbaycanda kölgə iqtisadiyyatının azaldılmasına xidmət edən və biznesin aparılmasının şəffaflığını təmin edən islahatlar aparılıb. Ötən il vergi daxilolmaları dinamik artım nümayiş etdirib. Ölkəmizin inkişaf strategiyasının əsas prioritetləri rəqabət qabiliyyətli iqtisadiyyatdır"- deyə Ş.Mövsümov bildirib.