Siyasət

23 Fevral

Rusiya qazının Ukraynadan Aİ-yə tranziti üçün müraciət gündəlik 20% artıb

Rusiyadan Ukrayna ərazisindən Avropaya qaz tranziti üçün ehtiyatlar son 24 saat ərzində 10 milyon kubmetr artıb.Bu da əvvəlki günə nisbətən 20% çoxdur.

"Fins.az"xəbər verir ki,bu barədə çərşənbə günü "Ukraynanın GTS Operatoru" şirkəti məlumat yayıb.

"Fevralın 23-nə Ukrayna ərazisindən Aİ-yə qaz tranziti üçün müraciət 10 milyon kubmetr - 60,959 milyon kubmetrə qədər artıb. Bu, əvvəlki qaz günü ilə müqayisədə tranzit həcmlərindən demək olar ki, 20% çoxdur", - deyə şirkətdən bildiriblər.

Bundan əlavə, qeyd edilir ki, GTS öz öhdəliklərini tam yerinə yetirməkdə davam edir. "Qazın ixracı və təkrar ixracı üzrə nominasiyalar təqdim olunub. GTS Operatoru müştərilər qarşısında öhdəliklərini etibarlı şəkildə yerinə yetirməkdə davam edir", - şirkətdən əmin ediblər.