Siyasət

29 Sentyabr

Ağ Evdən OPEC-lə neft qiymətləri müzakirəsi ilə bağlı AÇIQLAMA

ABŞ səlahiyyətliləri, Neft İxrac Edən Ölkələr Təşkilatı-OPEC-in üzvləri ilə neft qiymətlərinin müəyyən edilməsi ilə əlaqədar məsələlərdə əlaqə saxlamağa davam edir.

Fins.az xəbər verir ki,bunu çərşənbə axşamı Ağ Evin sözçüsü Cen Psaki mətbuat konfransında bildirib.

"OPEC də daxil olmaqla, beynəlxalq tərəfdaşlarla rəqabətli bazarların və [neftin] qiymətlərinin əhəmiyyəti, eləcə də iqtisadi canlanmanı dəstəkləmək üçün böyük səylər mövzusunda əlaqə qurmağa davam edirik. Əlbəttə ki, neft qiymətlərinin inkişafını izləyirik deyə qeyd edib.

Psaki əlavə etdi: "Sizi inandırıram ki, biz yalnız OPEC ilə qarşılıqlı əlaqə qurmuruq, neftin dəyərini azaltmaq üçün bütün imkanları nəzərdən keçiririk".

Onun sözlərinə görə, ABŞ hakimiyyəti "Amerika bazarını izləmək və neftin qiymətinin artmasına səbəb ola biləcək qanunsuz addımları aradan qaldırmaq üçün bütün vasitələrdən istifadə edir".

Qeyd edək ki, Brent neftinin ən yaxın fyuçerslərinin qiyməti 2018 -ci ilin payızından bəri ilk dəfə 80 dollar / barreli keçib.

Müəllif:Aynur Qəniyeva