Bu ilin yanvar-avqust aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 132 052 min barel neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6% azdır.
Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətindən verilən məlumata görə, 2020-ci ilin yanvar-avqust aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 144 525 min barel neft nəql edilib.
Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 208 064 min barelə yaxın neft nəql edilib ki, bu da 2019-cu ilin göstəricisi müqayisədə 11,5% azdır.
Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.
© APA