Siyasət

10 Sentyabr

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 1,4 faiz AZALIB

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 1,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 14,6 faiz artıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb 

Məlumata görə, emal sektorunda maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 74,3%, tikinti materiallarının istehsalı 64,3%, əczaçılıq məhsullarının istehsalı 62,1%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 56,1%, tütün məmulatlarının istehsalı 55,1%, elektrik avadanlıqlarının istehsalı 53,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 52,5%, kompüter, elektron və optik məhsulların istehsalı 44,9%, kağız və karton istehsalı 28,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,5%, metallurgiya sənayesi məhsullarının istehsalı 17,3 faiz, hazır metal məmulatlarının istehsalı 10,3 faiz, neft məhsullarının istehsalı 8,7 faiz, qida məhsullarının istehsalı 6,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 5,8 faiz artıb.

Müəllif:Aynur Qəniyeva