Şimal axını -2” qaz kəmərinin tikintisi tam olaraq başa çatıb.
Fins.az xəbər verir ki, bu barədə məlumatı “Qazprom” şirkəti açıqlayıb
Məlumata əsasən, qaz kəmərinin tikintisi bu gün səhər başa çatıb. “Qazprom” un məlumatına görə, bu il “Şimal axını 2” qaz kəməri ilə 5.6 milyard kubmetr həcmində qaz tədarük edilə bilər.
Qeyd edək ki, “Şimal axını-2” qaz kəməri layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər illik 55 milyard kub gücə malik iki qaz kəmərinin inşasını nəzərdə tutur. Layihə üzrə işlər 2019-cu ilin dekabrında dayandırılsa da, 2020-ci ilin dekabrında yenidən bərpa olunmuşdu.