Maliyyə Nazirliyinin proqnozlarına görə, baza ssenarisində (neftin bir barelinin qiyməti 45 ABŞ dolları) Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi gələn il 41,1 milyard dollar təşkil edəcək.
Məlumata görə, daha bədbin ssenarilərdə Neft Fondunun aktivləri gələn il 38 milyard dollara qədər enə bilər. Belə ki, neftin qiymətinin 35 dollar olacağı halda Fondun aktivlərinin həcmi gələn il 39,5 milyard dollara, 25 dollara enəcəyi halda isə 37,9 milyard dollara qədər enəcəyi ehtimal olunur.
ARDNF-nin müxtəlif ssenarilər üzrə 2022-2025-ci illərdə aktivlərinin səviyyəsi:
© APA