Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş”dəki (STEAŞ) payını 87 %-dən 100 %-ə çatdırıb.
Bu barədə Türkiyənin Kamu Aydınlatma Platforması (KAP) məlumat dərc edib.
Məlumata görə, “Goldman Sachs International” ("Goldman Sachs") ve “JP Morgan Securities Plc” ilə birgə, “Goldman Sachs”ın 1,3 milyard ABŞ dolları qarşılığında SOCAR-ın törəmə və nəzarətçi səhmdarı olduğu "SOCAR Turkey Enerji A.Ş."ın, artımdan sonra ümumi kapitalının 13 % -nə bərabər olan 890 milyon 574 min 713 yeni səhmlərini alacaq.
SOCAR paralel olaraq STEAŞ və törəmə şirkəti “Capital Investments Limited”in (SIL) hə biri ilə 6 illik satış opsiyası müqaviləsi imzalayacaq.
Qeyd edək ki, artıq "STEAŞ"ın qeyd olunan 13 %-lik səhm paketinin SIL tərəfindən satınalma əməliyyatı tamamlanıb.
(c)Report