Siyasət

02 Sentyabr

SOCAR Bakı-Novorossiysk kəməri ilə neft ixracını 3 dəfə artırıb

SOCAR 2021-ci ilin yanvar-avqust aylarında Bakı-Novorossiysk neft kəməri ilə 668,37 min ton neft ixrac edib. Bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında deyilir.

“Transneft” şirkətinin sistemi üzrə cari ilin yanvar-avqust aylarında Azərbaycandan Novorossiysk limanına 668,37 min ton, avqustda isə 85,08 min ton neft nəql olunub.

Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin ixrac həcmi 3,4 dəfə artıb.

Yanvar ayının sonunda SOCAR və “Transneft” arasında 2021-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neftin nəqli haqqında müqavilə bağlanıb.