Siyasət

01 Sentyabr

Ukrayna dəniz şelfində neft və qaz hasilatında Azərbaycanın təcrübəsində maraqlıdır

Ukrayna dəniz şelfində neft və qaz hasilatı sahəsində Azərbaycanın təcrübəsinin cəlb olunmasında maraqlıdır. Bu barədə Ukrayna Energetika Nazirliyi qurumun rəhbərliyinin SOCAR AQS şirkətinin baş direktoru Samir Mollayevlə görüşünün yekyunlarına dair məlumat verir.

Energetika nazirinin birinci müavini Yuri Vlasenko görüş zamanı qeyd edib ki, Ukraynanın neft hasilatı sahəsi xarici sərmayələrin cəlb olunması üçün perpektivlidir. 

“Ukrayna dəniz şelfində neft və qaz hasilatı sahəsində Azərbaycanın təcrübəsinin cəlb olunmasında maraqlıdır”, - energetika nazirinin müavini Maksim Nemçinov bildirib.

Öz növbəsində, SOCAR AQS-nin nümayəndələri hasilat fəaliyyətinin müxtəlif növlərinə sərmayələrdə və əməkdaşlıqda maraqlı olduqıarını ifadə ediblər

“Tərəflər tərəfdaşlığın möhkəmlənməsi və birgə layihələrin təsis edilməsi məqsədilə konstruktiv dialoqu davam etdirməyə dair razılığa gəliblər”, - məlumatda deyilir.