Siyasət

31 Avqust

ARDNF-dan təxminən 5,6 milyard manatlıq xalis mənfəət

2020-ci ilin yekunları üzrə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xalis mənfəəti 5 milyard 360,109 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 24,2% çoxdur.

Bu barədə ARDNF-in PWC beynəlxalq audit şirkəti tərəfindən təsdiq edilmiş 2020-ci ilə dair maliyyə hesabatında deyilir.

Dərc edilmiş maliyyə hesabatına əsasən, ötən il fondun əməliyyat gəliri 5 milyard 327,956 milyon manat (artım 19,9%) təşkil edib.

2020-ci ildə fondun məzənnə fərqindən gəlirləri 2019-cu ildə 524,267 milyon manat məbləğində zərərə qarşı 1 milyard 243,58 milyon manat məbləğində olub.

ARDNF-in faiz gəlirləri 64,364 milyon manat (artım 57,3%), dividend gəlirləri 340,998 milyon manat (azalma 12,6%), icarə gəlirləri 63,915 milyon manat (azalma 15,5%), qızıl külçələr üzrə gəlirləri 2 milyard 59,788 milyon manat (artım 72,4%) təşkil edib.

Hesabata əsasən, 2020-ci ildə fondun aktivləri manat ekvivalentində 0,1% - 74 milyard 403,293 milyon manatadək, cari aktivləri 1,2% - 71 milyard 442,977 milyon manatadək artıb, uzunmüddətli aktivləri 19,8% - 2 milyard 960,316 milyon manatadək azalıb.

Fondun öhdəlikləri 41% - 642,334 milyon manatadək azalıb.

2020-ci ildə ARDNF-in kapitalı 0,7% - 73 milyard 760,959 milyon manatadək artıb, o cümlədən kapital qoyuluşları 32 milyard 507,771 milyon manat (azalma 13,4%), ümumi bölüşdürülməmiş mənfəəti 40 milyard 268,812 milyon manat (artım 15,4%) təşkil edib.