İqtisadiyyat Nazirliyindən Fins.az-a daxil olmuş məlumata görə, "Zəfər işığı” MMC il ərzində 5,4 milyon ədəd led lampaların istehsalını nəzərdə tutur.
Layihənin ümumi investisiya dəyəri 1 milyon manata yaxındır. 1000 m2 istehsalat sahəsinə malik olan müəssisədə 20 daimi iş yeri yaradılacaqdır.
Qeyd edək ki, Balaxanı Sənaye Parkının 23 rezidentindən 16-sı artıq fəaliyyət göstərir və 800-ə yaxın daimi iş yeri yaradılıb. Sənaye Parkının fəaliyyətində əsas məqsəd kiçik və orta sahibkarlara əlverişli biznes mühitinin yaradılması ilə yanaşı, məhsulların təkrar istifadəsi, emalı və resirkulasiyasına təkan verməkdir.