Siyasət

24 Avqust

Bakıda sənaye istehsalı 5% artıb

Bu ilin yanvar-iyul aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9% artaraq 22,3 mlrd. manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən Fins.az-a verilən məlumata görə, sənaye məhsulunun 75,5%-i mədənçıxarma, 21,3%-i emal, 2,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.