Bu ilin yanvar-iyul aylarında Azərbaycanda hasil olunan 24,1 mlrd. kub metr qazın 4,6 mlrd. kubmetri SOCAR üzrə hasil olunub.
Energetika Nazirliyindən Fins.az-a verilən məlumata görə , ötən ilin müvafiq dövrünə nisbətən 7,8%, yəni 1,7 mlrd. kub metr artımla qaz hasil edilib.
Məlumata görə, qazın 7,5 mlrd. kubmetri ”Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlarından, 12 mlrd. kubmetri “Şahdəniz” qaz-kondensat yatağından, 4,6 mlrd. kubmetri SOCAR üzrə hasil olunub