Yanvar-iyul aylarında ölkədə 24,1 milyard kub metr qaz hasil edilib. Qazın 7,5 milyard kub metri AÇG-dən, 12 milyard kub metri “Şahdəniz”dən, 4,6 milyard kub metri SOCAR üzrə hasil olunub.
Fins.az xəbər verir ki,ötən ilin müvafiq dövrünə nisbətən 7,8%, yəni 1,7 milyard kub metr artımla qaz hasil edilib.
Məlumata görə,hesabat dövründə xaricə qaz satışı təxminən 10,4 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,2 milyard kub metr, Avropaya təqribən 4 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 58,4 milyon kub metr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,2 milyard kub metrdən çox qaz nəql olunub.