Siyasət

23 Avqust

Növbəti “Açıq mikrofon” bu rayonda olacaq

“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir.

Fins.az xəbər verir ki, bu dəfə “Səyyar qəbul otağı” avqustun 24-də Abşeron rayonunun Məhəmmədi kəndində qurulacaq. Qapımız səhər saat 10:00-dan 12:00-a qədər hər kəsin üzünə açıq olacaq. Sakinlər “Açıq mikrofon”un imkanlarından istifadə edərək problemlərini, təkliflərini rahat şəkildə səsləndirə bilərlər. Bu, bizim sayca 7-ci aksiyamızdır. Təcrübə göstərdi ki, bu tip aksiyaların alternativi yoxdur. Effektivlik, maksimum nəticə əsas hədəfimizdir. Buna həm də vətəndaş məmnunluğu deyə bilərik.