Ləğvetmə prosesində olan "Azərelektroişıq" ASC-nin səhmdarlarının toplantısı keçirləcək.
Fins.az xəbər verir ki, bu barədə şirkətin Dövlət Vergi Xidməti tərəfindən yaymlanan elanında məlumat verilir.
Məlumata görə,ləğvetmə prosesində olan "Azərelektroişıq" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 8 oktyabr 2021-ci il, saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov 10 ünvanında yerləşən “Bakı Kondisioneri” ASC-nin inzibati binasında keçiriləcək. İclasın gündəliyi: 1. Ləğvetmə prosesində olan “Azərelektroişıq” Açıq Səhmdar Cəmiyyətinin təsviyəçisinin dəyişdirilməsi; 2. Ləğvetmə prosesinin yenidən başladılması; 3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.