“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsi hazırlanacaq.
Fins.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” tətbiqi barədə fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti doqquz ay müddətində “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Həmçinin, Nazirlər Kabineti 9 ay müddətinə enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə qaydasının, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydasının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Həmçinin enerji auditinin həyata keçirilməsi üçün ixtisas attestatının formasını, verilməsi qaydasını, onun qüvvədə olma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası və enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydası və forması Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq ediləcək.