İran Xəzər dənizində yeni nəhəng qaz yatağı (“Çalous”) aşkar edib.
“Yahoo Finance”-ın məlumatına görə, yatağı İranın “Xəzər Kəşfiyyat və İstehsalat Şirkəti “ (KEPCO) inkişaf etdirəcək, lakin Rusiya və Çin tərəfindən texniki və maliyyə yardımı həyata keçiriləcək.Məlumata görə, ilkin hesablamalar düzgün olsa, “Çalous” yatağının hesabına İran Avropanın qaz istehlakının ən azı 20%-i təmin edə bilər.
Qeyd edilir ki, yeni qaz yatağının qaz ehtiyatları super nəhəng “Cənubi Pars” yatağının ehtiyatlarının dörddə biri həcmində (təxminən 3,5 trln. kubmetr - red.) qiymətləndirilir. “Cənubi Pars” yatağının ehtiyatları təxmini 14,2 trln. kubmetr qaz və 18 mlrd. barel kondensat həcmində qiymətləndirilir.
(c)APA