Bu ilin yanvar-iyul aylarında Azərbaycanın neft-qaz sektoruna 3 121,1 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 8,9% azdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövründə bu göstərici 3 424,8, mln. manat təşkil edib.
Qeyd edək ki, 2020-ci ildə neft-qaz sektoruna 5 879,7 mln. manatlıq vəsait yönəldilib. Bu göstərici əvvəlki illə müqayisədə 7,1% artıb.