Türkiyədə keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Mədət Quliyevin Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir ilə görüşü baş tutub.
Fins.az xəbər verir ki,görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.