Qısamüddətli borclarımızı da təxminən 90 milyon dollar azaltdıq
Fins.az xəbər verir ki, bunu “SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”-in baş direktoru Anar Məmmədov deyib
Anar Məmmədov bildirib ki, “İstehsal xərclərinin ötən ilə nisbətən 110%, naftanın qiymətinin isə 60% artdığı bir dövrdə STAR NEZ ilə fasiləsiz inteqrasiyalı istehsalımız “Petkim”-də gəliri yüksəldən digər bir mühüm hərəkətverici qüvvə oldu. İstehsal gücündən istifadəni də ötən ilin müvafiq rübünə nisbətən 2.5% artıran “Petkim”, məlum olduğu kimi, eyni zamanda məhsul satışı ilə yanaşı ticari satışlar da həyata keçirir.Bu satışlardakı artım da rekord gəlirə mühüm töhfə verib. Hesabat dövründə reallaşan 7 milyard 397 milyon TL-lik ümumi dövriyyənin 2 milyard 649 milyon TL-si ticari satışların payına düşüb. Əldə etdiyimiz bu yüksək maliyyə göstəricisinə müasir qlobal dönüşləri düzgün qiymətləndirərək sürətli və düzgün addımlar atmağımızın da böyük rolu olub. Əldə etdiyimiz gəliri düzgün dəyərləndirərək qısamüddətli borclarımızı da təxminən 90 milyon dollar azaltdıq. Bu isə xalis faiz məsrəflərimizi azaltdığı üçün xalis gəlirimizə də müsbət təsir göstərdi. Bütün bunlarla yanaşı, aktivlərimizi 23%, kapitalımızı 29% artıraraq maliyyə mövqeyimizi gücləndirdik. Düşünürəm ki, pandemiya səbəbindən dalğalanmaların hələ də davam etdiyi bir şəraitdə nümayiş etdirdiyimiz bu uğurlar qlobal rəqabətdəki mövqeyimizi daha da möhkəmləndirəcək. Qazanılmış nailiyyətlərdə əməyi olan bütün əməkdaşlarımıza və tərəfdaşlarımıza təşəkkür edirəm.”