Cari ilin yanvar-iyul aylarında Azərbaycan 64 951,18 min ABŞ dolları dəyərində 92 452,84 ton qara metallar və onlardan hazırlanan məmulatları ixrac edib.
Fins.az-ın Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, yanvar-iyul aylarında Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2020-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,4 dəfə, həcmi isə 2,3 dəfə artıb.
Məlumata görə, hesabat dövründə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,8% təşkil edib.
(c)APA