Siyasət

16 Avqust

Azərbaycanın neft ixracından gəlirləri 19% artıb

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 17 milyon 106 min 825,51 ton neft məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 12,5% azdır. Bu barədə "Fins.az"-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Hesabat dövründə Azərbaycandan $7 milyard 585 milyon 824,11 min dəyərində (artım 18,6%) neft ixrac edilib.

Yanvar-iyul aylarında ixracın ümumi strukturunda neftin payı 66,58% (2020-ci ilin yanvar-iyul aylarında 70,07% - İF) təşkil edib.

“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına əsasən, 2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan neftinin bir barelinin orta qiyməti $59,1 təşkil edib.

DGK-nın məlumatına görə, hesabat dövründə İtaliya Azərbaycan neftinin əsas alıcısı olaraq qalıb. 7 ay ərzində neft ixracının 48,6%-i bu ölkənin payına düşüb.

Alıcıların ilk üçlüyünə İtaliya ilə yanaşı, İspaniya və Xorvatiya da daxil olub.

Bütövlükdə, hesabat dövründə Azərbaycan neftinin əsas həcmi Avropa ölkələrinə ixrac edilsə də, İsrail, Çin, Hindistan, Tunis, Portuqaliya, Ukrayna, Fransa daimi alıcılar olaraq qalır.