Siyasət

16 Avqust

Energetika Nazirliyindən  bu agentliyə neçə vətəndaşın müraciəti daxil olub?

İyul ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi,təbii qazla təchizatı və digər məsələlərlə bağlı Agentliyə bilavasitə və Energetika Nazirliyindən 598  müraciət daxil olub.Elektrik enerjisi təchizatı ilə bağlı 36-sı məlumat üçün olmaqla, cəmi 506 müraciət daxil olub ki, bunlardan təbii qaz təchizatı ilə bağlı 3-ü məlumat üçün olmaqla, cəmi 45 müraciət olub. 

Fins.az xəbər verir ki, istilik təchizatı ilə bağlı 1 müraciət,10-u məlumat üçün olmaqla, cəmi 46 müraciət isə digər məsələlərlə bağlı olub.

Məlumata görə, 598 müraciətdən 244 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb ( 7 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib);

Həmçinin "305 müraciət hazırda baxılma prosesindədir;,9 məlumat xarakterli müraciətdən 14-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub."-deyə bildilir.