Siyasət

06 İyul

OPEC + neft ittifaqı parçalanmaq ərəfəsindədir

"Qara qızıl" ixrac edən ölkələri birləşdirən dünyanın ən böyük karteli olan OPEC + neft ittifaqı parçalanmaq ərəfəsindədir.

Fins.az xəbər verir ki, İnterfaks, TASS və Reuters nümayəndə heyətinə istinadən xəbər verir ki, 5 iyul bazar ertəsi günü neft hasilatının məhdudlaşdırılması müqaviləsinin gələcəyinə dair yeni danışıqlar raundu ləğv edilib.

Keçən həftənin cümə axşamı və cümə günü nazirlər tədarük kvotaları və müqavilənin 2022-ci ilədək uzadılması barədə razılığa gələ bilməmişdilər.

Mənbələr bildiriblər ki, yeni raundun tarixi təyin olunmayıb.

Razılaşmanın baş tutmamasının səbəbi Birləşmiş Ərəb Əmirliklərinin mövqeyidir. BƏƏ hasilatı daha çox artırmaq istəyir və fərdi kvotanın dəyişdirilməsində israr edir.

Bu gün Brent fyuçersləri 2018-ci ilin oktyabrından bəri ilk dəfə bir barel üçün 77 dolları keçib. Verilən məlumata görə, OPEC + ölkələri yeni razılaşmaya qədər mövcud istehsal kvotalarını qoruyacaqlar.