Siyasət

01 İyul

Bu il neftlə yüklənmiş neçə tanker Ceyhan terminalından yola salınıb?-SAY

Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,67 mlrd. bareldən çox neft yola salınıb.

Bu barədə BIL-dən bildirilib.

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

Məlumata görə, hesabat dövründə terminaldan 4 796 tanker AÇG nefti ilə yüklənilib. Bu il (iyulun 1-nə olan vəziyyətə görə) Ceyhan neft terminalından 99 095,833 min barel neft 137 tankera yüklənilərək göndərilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.