Siyasət

23 İyun

Azərbaycan “MİLEX-2021” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində təmsil olunur

 Belarus Respublikasının Minsk şəhərində “MİLEX-2021” 10-cu Beynəlxalq Silah və Hərbi Texnika sərgisi Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.  

Fins.az xəbər verir ki,tədbir çərçivəsində, həmçinin iştirakçı dövlət və hökumət təmsilçiləri, rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər nəzərdə tutulub. Görüşlər zamanı Müdafiə Sənayesi Nazirliyi ilə müvafiq qurumlar arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Qeyd edək ki, sərgidə Belarus, Rusiya və digər xarici ölkələr tərəfindən istehsal edilmiş ən müasir silah və hərbi texnika modellərinin nümayiş etdiriləcək.

Müəllif:Aynur Qəniyeva