Siyasət

22 İyun

Energetika Nazirliyinin Aparatı üzrə işçilərin say həddi təsdiq edilib

Prezident İlham Əliyev “Energetika Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, Energetika Nazirliyinin işçilərinin say həddi cəmi 180 ştat vahidi olmaqla, nazirliyin Aparatı üzrə 140 ştat vahidi, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi üzrə 40 ştat vahidi müəyyən edilib.

Fərmanın mətni bu gün dövlət başçısının saytında dərc olunub