Siyasət

22 İyun

SOCAR Bakı-Novorossiysk boru kəməri ilə nə qədər neft ixrac edəcək?

2021-ci ilin III rübündə Bakı-Novorossiysk boru kəməri ilə 255 min ton Azərbaycan neftinin ixracı planlaşdırılır.

Fins.az xəbər verir ki, bu, qeyd olunan dövr üçün ixrac cədvəlində öz əksini tapıb.

“Cədvələ əsasən, Azərbaycan II rüb üçün Novorossiysk istiqamətində 330 min ton həcmində plan göstəricisinə qarşı iyul-sentyabr aylarında 255 min ton neft nəql edəcək”, - deyə sənəddə qeyd olunur.

Yanvar ayının sonunda SOCAR və “Transneft” arasında 2021-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neftin nəqli haqqında müqavilə bağlanıb. SOCAR 2021-ci ilin yanvar-may aylarında Bakı-Novorossiysk neft kəməri ilə 413,66 min ton neft ixrac edib.