Siyasət

21 İyun

“AzerGold” Naxçıvandakı 2 yataqda geoloji kəşfiyyata BAŞLAYIB 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən “Göydağ” filiz sahəsində aktiv geoloji kəşfiyyat işlərinə başlayıb.

Fins.az xəbər verir ki, bu barədə "AzeriGold" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayımlayıb 

Məlumata görə,cari ilin iyun ayından etibarən Səhmdar Cəmiyyətin geoloqları tərəfindən sözügedən sahənin “Ortakənd-Xanağa” qızıl, “Ortakənd” mis-porfir yataqlarında buruqqazma işlərinə start verilib. Təsdiq olunmuş plana əsasən, ilkin mərhələdə “Ortakən-Xanağa” qızıl sahəsində ümumi dərinliyi 5000 metr olan 31 quyunun, “Ortakənd” mis-porfir sahəsində isə ümumi dərinliyi 3000 metr olan 13 quyunun qazılması nəzərdə tutulub. Paralel olaraq götürülmüş nümunələrin (kernlərin) laboratoriyada analizi həyata keçiriləcək.