Siyasət

03 İyun

ARDNF-nin investisiya strategiyası təkrar nəzərdən keçirilə bilər

Fonddan bildiriblər ki, qurum uzunmüddətli hədəflərə çatmaq üçün öz investisiya fəaliyyətini aktivlərin strateji bölgüsü prinsipinə uyğun həyata keçirir.

Fins.az xəbər verir ki,bu strategiya risklərin azaldılması məqsədilə portfelin şaxələndirilməsini və gəlirlərin artmasını nəzərdə tutur:

 "Əksər hallarda uzunmüddətli perspektivdə bazarların fundamental göstəriciləri böyük dəyişikliklərə məruz qalmır. Qısamüddətli perspektivdə isə dünyada baş verən proseslər Fondun əməkdaşları tərəfindən izlənilir. Ortamüddətli perspektivdə fundamental göstəricilər, makroiqtisadi vəziyyət, dünya bazarlarındakı son tendensiyalar nəzərə alınmaqla SOFAZ-ın investisiya strategiyası təkrar nəzərdən keçirilə bilər".