İstanbul Sənaye Palatasının (İSO) Türk sənaye sektorunu qiymətləndirmək məqsədi ilə apardığı araşdırmalara əsasən “Türkiyənin 500 Böyük Sənaye Müəssisəsi 2020” sihısında SOCAR Türkiye-nin törəmə müəssisəslərindən olan STAR NEZ Türkiyənin 6-cı, “Petkim” isə 23-cü ən böyük sənaye müəssisəsi olub.
Fins.az xəbər verir ki,Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”-nin STAR neft emalı zavodunun 2020-ci ildə istehsal satışları 24 milyard 30 milyon TL həcmində olmuşdur. “SOCAR Türkiyə”-nin uzun illər İSO 500 siyahısında ilk yerləri tutan digər bir törəmə müəssisəsi “Petkim” isə 8 milyard 732 milyon TL-lik satış həyata keçirib.
Müəllif:Aynur Qənyeva