“Aqroservis” ASC regionlarda taxıl biçininə hazırlıqla bağlı maarifləndirmə tədbirlərinə start verib.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, görüşlərə Ağcabədi, Tərtər, Bərdə, Ağdam, Zərdab, Yevlax, Füzuli rayonlarından başlanıb.
Görüşlərin məqsədi fermerlərin biçinə hazırlığını təmin etməkdir. İlk növbədə ötən il biçinlə bağlı daha çox müraciətin daxil olduğu kənd və qəsəbələrdə yaşayan fermerlərlə görüşlər keçirilib.
Bildirilib ki, may ayının sonundan ölkə üzrə taxıl biçininə başlanılacaq.
Qeyd edək ki, ölkə üzrə biçinə ümumilikdə 2 000-dək taxılbiçən kombayn cəlb olunacaq. 700-dək kombayn “Aqroservis” ASC-nin, 1 284 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin texnikalarıdır.