İyunun 30-u, saat 15:00-da “Bakı-Pivə” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncaq onlayn platformada- “Microsoft Teams” proqramı vasitəsilə keçiriləcək
Yığıncağın gündəliyinə şirkətin təftiş komissiyasının buraxılması və yeni üzvlərinin seçilməsi, hesablama komissiyasının buraxılması və yeni üzvlərinin seçilməsi, Müşahidə Şurasının sədri və üzvlərinin seçilməsi, 2019-2020-ci maliyyə ilinin nəticələrinə əsasən şirkətin 2019-2020-ci il üçün balans hesabatlarının, mənfəət və zərər hesabatalarıın təsdiq edilməsi, 2019-2020-ci maliyyə ilinin nəticələrinə əsasən dividendlərin ödənilməsi və qanun pozuntusu ilə əvvəlki dövrlərdə səhmdarlara ödənilmiş bütün dividendlərin geri qaytarılması məsələləri daxildir.
Xatırladaq ki, “Bakı-Pivə” ASC 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,471 milyon manat, qanuni təmsilçisi isə Vyaçeslav Maltsevdir.