Siyasət

26 May

Rövnəq Abdullayev Signify şirkətinin rəhbəri ilə görüşüb

Mayın 25-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkət rəhbərliyinin digər nümayəndələrini qəbul edib.

Fins.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Davos iqtisadi forumunda görüşündən sonra iqtisadi və enerji dayanıqlığının Azərbaycan üçün əhəmiyyətini nəzərə alaraq, bu sahəyə aid texnologiyalarını təklif etmək üçün Bakıya səfər etdiyini bildirən Erik Rondolat “Signify” şirkətinin yeni işıqlandırma texnologiyaları sahəsində ixtisaslaşdığını, şirkətin LED texnologiyasına əsaslanan işıqlandırma sistemlərinin daha dayanıqlı və qənaətli olduğunu, daha effektiv idarə olunduğunu vurğulayıb.

Müəllif:Aynur Qəniyeva