Siyasət

24 May

Azərbaycanda elektrik enerjisinin istehsalı ARTIB

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2021-ci ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 99,4 mln. kVt·st artaraq 2022,9 mln. kVt·st olub.

Fins.az xəbər verir ki,ay ərzində elektrik enerjisinin ixracı 47,5 mln. kVt·st, idxalı isə 15,0 mln. kVt·st təşkil edib.

Məlumata görə,2021-ci ilin yanvar-aprel aylarında isə respublikada elektrik enerjisinin istehsalı 8947,8 mln. kVt·st olub. Hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 46,5 mln. kVt·st azalaraq 8388,7 mln. kVt·st, SES-lərdə 98,6 mln. kVt·st artaraq 440,4 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 1,0 mln. kVt·st azalaraq 118,7 mln. kVt·st olub. Bu dövrdə külək elektrik stansiyalarında 31,12 mln. kVt·st, günəş elektrik stansiyalarında 14,2 mln. kVt·st, bərk məişət tullantılarının yandırılması zavodunda 73,42 mln. kVt·st elektrik enerjisi istehsal edilib

Müəllif:Aynur Qəniyeva